Ronaldo 1000-ci oyununda vurduğu qol “Yuventus”a qələbə qazandırıb

23.02.2020 Off By admin

Fevralın 22-də İtaliya A Seriyasının 22-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Yuventus” səfərdə autsayder SPAL klubunun qonağı olub.

Görüş 2:1 hesabı ilə “Yuventus” klubunun xeyrinə başa çatıb.

Turin təmsilçisinin heyətində Kriştiani Ronaldo və Aron Remzi fərqləniblər. SPAL-ın yeganə qolunu Andrea Petanya vurub.

Bu oyun “Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun karyerasında keçirdiyi 1000-ci oyunu olub.

Minimal hesabla qələbə “Yuventus”a A Seriyasında 50-ci xalını qazandırıb. “Qoca sinyora” ikinci pillədə qərarlaşan “Latsio”dan dörd xal irəlidədir.

Xəbəri paylaş: