Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır

Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rumıniya parlamenti fövqəladə vəziyyət rejiminin mayın 14-dək uzadılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, qərar qanunverici orqanın hər iki palatasının prezident Klaus Yohannisin göstərişi ilə keçirilən onlayn iclas zamanı qəbul edilib.

Bildirilir ki, bir neçə müxalifət partiyası hökumət qarşısına öhdəliklər irəli sürüb, o cümlədən hökumətin epidemiyaya qarşı görülən tədbirlər barədə həftəlik hesabat verməsini tələb edib.

Rumıniya martın 16-da koronavirusa yoluxanların sayının 100-ü keçdikdən sonra fövqəladə vəziyyət elan edib. Ölkədə son 24 saat ərzində 491 yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların ümumi sayı 7707-yə çatıb, onlardan 392 nəfər ölüb, 1 357 nəfər sağalıb.

Xəbəri paylaş: