Rusiyada bağ evində yanğın zamanı iki uşaq ölüb

25.01.2020 Off By admin

Rusiyanın Krasnoyarsk diyarının Berezovskiy rayonunda bağ evində güclü yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı evdə olan 2 azyaşlı yanaraq ölüb.

İstintaq komitəsinin məlumatına görə, 4 və 7 yaşlı iki azyaşlı evdə valideynlərsiz olublar.

Yanğının söndürülməsinə ümumilikdə 24 nəfər yanğınsöndürən, 9 texnika cəlb olunub.

Faktla bağlı istintaq-əməliyyat qrupu tərəfindən şahid ifadələri alınıb.

Xəbəri paylaş: