SƏDİ NAMAZOV-FƏDAKAR İŞ İCRAÇISI

SƏDİ NAMAZOV-FƏDAKAR İŞ İCRAÇISI

23.07.2020

 Fədakarlıq təkcə döyüşdə, hərb meydanlarında olmur. Fədakarlıq əmək meydanlarında da olur və  o zaman  fədakarlıq adlanır ki, ağır təbii, yaxud ictimaii şəraitdə  fəaliyyət göstərəsən.

   Bu günlərdə belə fədakarlıq şəraitində çalışan insanlar diqqətimizi özünə çəkdi. Doğma Azərbaycanımızın ən ucqar məkanlarından biri olan Qazax şəhərində Su Kanalizasiya sistemləri  yenidən qurulur və bu tikinti quruculuq işləri yuxarıda qeyd etdiyimiz şəraitdə fasiləsiz olaraq uğurla davam etdirilir. Dünyada, o cümlədən  ölkəmizdə elan olunmuş Covid-19 pandemiyası dövründə, yay fəsli , gündəlik havanın temperaturu  33-35 dərəcədən az olmadığı indiki zamanda burada çalışan insanlar əsl fədakarlıq göstərirlər.

Qeyd olunub ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə, şəhərdə 5 870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

    Gündəlik neçə-neçə vətəndaşımızın karantin qaydalarını-  əsasən tibbi maska və sosial məsafə qaydalarını pozduğunun şahidi oluruq.Lakin bu insanlar açıq havada, qızmar günəş altında bütün qaydalara əməl etməklə  öz işlərini davam etdirirlər.

     Kənardan baxanda bunu “ bal arılarının” nizam-intizamına bənzətmək olar. Burad quruculuq işlərini yerinə yetirən təşkilatla maraqlandıqda öyrəndik ki, bu “Akkord” Şirkətlər qrupunun Qazax Su Kanalizasiya  Sistemlərinin yenidən qurulması  layihəsini  yerinə yetirən tikinti dəstəsidir  və onu da öyrəndik ki, belə nizam-intizamlı fədakar kollektivə rəhbərlik edən Namazov  Sədi  Fərrux oğludur. Doğrusu, onunla tanış olmaq, ondan müsahibə almaq fikrindən vazdaşındıq. ”Görünən dağlara bələdçi  nə bələdçi“,- deyib atalar. Hər şey göz qabağındadır. Bu şəxs hansısa idarə məmuru deyil, iş icraçısıdır. Həm də, fədakar iş icraçısı! İş vaxt isə belə insanların vaxtını almağa dəyməz.

     Allah işini avand eləsin. Dövlətimizin uğurlu və davamlı iqtisadi inkişafı –  bu inkişafın nəticəsi olaraq “Regionların Sosial İnkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olan belə layihələrin yerinə yetirilməsi ölkənin bütün regionlarında davam etdirilməkdədir.Təbii ki,ölkədə həyata keçirilən iqtisadi,  sosial-iqtisadi layihələr möhtərəm Prezidentimiz Ilham Əliyev cənablarının uğurlu daxili və xaruci siyasətinin nəticəsidir. Yetər ki, bu layihələri yerinə yetirən layiqli, vicdanlı insanlar olsun. Fədakar iş icraçısı Sədi müəllim kimi.

     İşçilərin dediyinə görə Qazax şəhərinin Su Kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi vaxtında—bu ilin sonunadək yekunlaşdırılaraq sakinlərin ixtiyarına veriləcəkdir. Buna biz də inanırıq  və xoş təəssuratla tikinti ərazisindən ayrılırıq.

       Qalır fədakar insanlara eşq olsun demək!

Natiq Yusifov,

    ” Birlik Naminə” qəzeti

 

Xəbəri paylaş: