Səfiri Viktor Sederkeni Lənkəranda olub

Səfiri Viktor Sederkeni Lənkəranda olub

16.12.2019 Off By admin

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkeni Lənkəran şəhərində tanışlıq səfərində olub.Səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul olunub. Qəbul zamanı səfirə Lənkəranın tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə geniş məlumat verilib, məlumatda rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrinin, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişafı ilə bağlı görülən tədbirlər diqqətinə çatdırılıb.Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən səfir Macarıstan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını bildirərək, bu əlaqələrin daha da möhkəmlənməsindən ötrü əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycanın müxtəlif istiqamətli nəqliyyat dəhlizləri üzərində yerləşməsi bu ölkə ilə əlaqələrin qurulmasına böyük imkanlar yaradır. Macarıstanın Azərbaycanla qarşılıqlı anlaşmaya əsaslanan dostluq və qardaşlıq  əlaqələri olduğunu söyləyən səfir  gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə həmçinin yaxın gələcəkdə Lənkəranın Macarıstanın bir şəhəri ilə qardaşlıq əlaqələrinin qurulması barədə fikir mübadiləsi də aparılıb. Həmin gün səfir Heydər Əliyev Xatirə parkına, Xan evində yerləşən tarix-diyarşünaslıq müzeyinə baş çəkib, Lənkəran Dövlət Universitetində rektorla və bir qrup tələbə ilə  görüşüb, “Green East” təsərrüfatının çəltik zavodunda emal prosesinə baxıb, “Yaşıl çay” fermer təsərrüfatının plantasiyaları, Çay muzeyi və Hallobonq sitrus bağı ilə tanış olub.

Xəbəri paylaş: