Şəhriyar Abbasov: Erməni ilə döyüş üçün iki azərbaycanlı hakimin olmasını istəmişik

27.12.2019 Off By admin

Bildiyiniz kimi, Nəriman Abbbasov aprelin 25-də “Fight Nights Global”ın çempionu oldu. O, çempionluq kəmərini qorumaq üçün Eduard Vartanyanla döyüşəcək. Bu döyüş fevralda Moskvada keçiriləcək. Artıq qarşı tərəf də bu döyüşə razıdır. Biz də razılıq vermişik.

Bunu Oxu.Az-a azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov deyib.

O bildirib ki, bu döyüşə razılıq versələr də, müəyyən şərtlər irəli sürüblər:

“Çempion kimi bizim şərtlər irəli sürmək imkanlarımız var. Burada maliyyə və hakimliklə bağlı şərtlər var. İki azərbaycanlı hakimin briqadada olmasını istəyirik. Digər iki hakim isə neytral ola bilər. Məsələn, biri Rusiyadan, digəri ABŞ-dan. Çünki Rusiyanı təmsil etsə də, milliyyətcə ermənidir və burada başqa məsələlər ortaya çıxa bilər. Hakimliklə bağlı məsələyə bir-iki həftəyə aydınlıq gəlməlidir”.

Şəhriyar Abbasov “Şir ürəkli” ləqəbi ilə tanınan Eduard Vartanyanın çox güclü rəqib olduğunu bildirib:

“Rusiyanı təmsil etsə də, Vartanyan, demək olar ki, dünyada bu çəkidə ən güclü döyüşən ermənidir. Çox məşhur idmançıdır. Açığı, mənim üçün bu döyüş çox maraqlıdır. “Fight Nights Global”ın rəhbərliyi şəxsən bu döyüş üçün mənə müraciət edib.

Rəqib ACA-nın (Absolute Championship Akhmat) müvəqqəti çempionu olub. Çempion olduqdan sonra kəmərini qoruya bilməyib.

Nəriman bu rəqibə uduzacağı halda, onun Azərbaycanda yaxşı qarşılanmayacağını nəzərə almışıq. Amma Nəriman bu turnirin çempionu olduğundan, öz kəmərini qorumalıdır. Ona görə də bizə təklif olunan rəqibə razılaşmalıyıq”.

Xəbəri paylaş: