Şəkidə genişmiqyaslı kampaniya çərçivəsində minlərlə ağac əkilib – FOTO

Şəkidə genişmiqyaslı kampaniya çərçivəsində minlərlə ağac əkilib – FOTO

07.12.2019 Off By admin

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Şəki rayonunun sakinləri də böyük həvəslə qoşulublar.

Trend-in məlumatına görə, dekabrın 6-da səhər saatlarından başlanan aksiya zamanı Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı 3 hektar ərazidə, Rayon Mərkəzi Xəstəxanasının ətrafında, Zərifə Əliyeva küçəsi boyunca, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkının ərazisində, Bideyiz kəndinin yaxınlığında 4 hektar ərazidə minlərlə ağac əkilib.

Aksiyada iştirak edən şəkililər Nəsiminin xatirəsinə əkilən ağacların, salınan yaşıllıq zolaqlarının ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına olduqca müsbət təsir göstərəcəyini vurğulayıblar.

Xəbəri paylaş: