Səmada nadir “alovlu top” göründü

27.01.2020 Off By admin

İngiltərənin Kornuoll qraflığının səmasında nadir “alovlu top” görünüb. Bir neçə saniyə ərzində görünən meteorit fotoqraf Kris Smoll tərəfindən çəkib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Kadrı təsadüfən çəkdiyini deyən fotoqraf bunun milyardda bir şans olduğunu bildirib:

“Hər kəs uçan ulduz görə bilər, ancaq belə “alovlu top”u heç vaxt görməmişəm”.

“Alovlu top” yüksək sürətlə atmosferə düşən və dərhal yanan asteroid, yaxud kometdən bir hissədir.

Xəbəri paylaş: