Sabunçu bazarında yanğın baş verib

28.11.2019 Off By admin

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

Alov qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

 
 

Xəbəri paylaş: