Sahibkarlar iş təcrübələri barədə tələbələrə məlumat veriblər

18.12.2019 Off By admin

Dekabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin sahibkarlarla görüşü keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor Xalıq Yahudov belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Prorektor bildirib ki, məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələrin öz sahələri üzrə işlə təmin olunmasıdır.

Milli Məclisin deputatı Rüfət Quliyev ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə tələbələrin görüşlərinin təşkilinin vacibliyini vurğulayıb.

Sahibkarlar informasiya texnologiyaları və biznes sahələri üzrə şirkətlərin qurulması, öz müəssisələrinin fəaliyyəti və iş təcrübələri barədə tələbələrə məlumat verib və onların suallarını cavablandırıblar.

Xəbəri paylaş: