Şahmatçımız Rauf Məmmədov fransalı Maksim Vaşe-Laqrav üzərində inamlı qələbə qazanıb

Şahmatçımız Rauf Məmmədov fransalı Maksim Vaşe-Laqrav üzərində inamlı qələbə qazanıb

16.09.2020

“C’Chartres” şahmat klubunun və “Avropa şahmat” (Europe Echecs) jurnalının təşkilatçılığı ilə qrossmeysterlər – azərbaycanlı Rauf Məmmədov və fransalı Maksim Vaşe-Laqrav arasında keçirilmiş matç təmsilçimizin qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Europe-Chess” platforması vasitəsilə keçirilən turnirdə Rauf Məmmədov fransalı şahmatçıya 6:2 hesabı ilə qalib gəlib. Turnir 8 matçdan ibarət olub.

Xəbəri paylaş: