Şamaxıda ağır qəzada dörd nəfər yaralandı – VİDEO

03.01.2020 Off By admin

Şamaxıda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunda, Məlhəm kəndi yaxınlığında qeydə alınıb.

Şamaxı şəhər sakini Elvin İxtiyarovun idarə etdiyi “Niva” markalı avtomobillə şəhər sakini Elşad Etibarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü, o cümlədən avtomobildə olan sərnişinlər İxtiyarova Arzu və Abıyev Rövşən müxtəlif bədən xəsarəti alaraq təcili tibbi yardım və ərazidəki vətəndaşların köməkliyi ilə Şamaxı rayon Mərkəzi xəstəxanasasına aparılıb.

Cərrahiyə şöbəsinə yerləşdirilən xəstələrin vəziyytəti orta qağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbəri paylaş: