Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb olunublar

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb olunublar

25.11.2020 Выкл. Автор admin

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Fəxrəddin Quliyevin və Sərkar kənd sakini Sevinc İsgəndərovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etmələri müəyyənləşdirilib. Polis əməkdaşları onların rayon ərazisində yerini dərhal müəyyənləşdiriblər. Həmin şəxslər müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndəriliblər.

Həmin şəxslər barəsində rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.