Seçicilərin təbliğatına start verildi. Layiqlisi seçilsin!

Seçicilərin təbliğatına start verildi. Layiqlisi seçilsin!

18.01.2020 Off By admin

Arzu müəllimi tanıyan, bilən onun hələ erkən yaşlarından öz yaşıdlarından istər təhsilində, istər ictimai fəaliyyətində necə fərqləndiyinin, nümunəvi olduğunun şahididir. Orta məktəbi qızıl medalla bitirən bu insan Moskvada yiyələndiyi ali təhsillə, öz bilik və bacarıqları ilə hər zaman fərqlənmiş, Vətənə layiqli olmaq uğrunda çalışmışdır. Lakin Vətənə olan borcunu tək savadı ilə ödəməklə kifayətlənməmiş, əlinə silah alaraq ölkənin ağrılı-acılı günlərində Tovuzun, Gədəbəyin sərhəd kəndlərində döyüşmüşdür. Bütün Qarabağ müharibəsi iştirakçıları və Tovuz-Gədəbəy bölgəsinin, Azərbaycanın igid oğulları ilə bərabər ilk günlərdən döyüşlərdə sinəsini önə verərək o çətin vaxtlarda da hər zaman Vətən üçün yanmışdır.
“Ot kökü üstündə bitər” məsəlini layiqli şəkildə təsdiq edir bu insan. Atası Nəsib doktor bölgəmizin ən yaxşı həkimlərindən, el ağsaqqallarındandır. Gecə saat neçə olmasından asılı olmayaraq onların qapısı nəinki Tovuz camaatına, eyni zamanda o bölgədən olan hər kəsə açıq olmuşdur. Bu səbəbdəndir ki, ailəsindən görüb-götürdüyü tərbiyə ilə Arzu müəllim yerli əhalinin probleminə həmişə xüsusi həssaslıqla yanaşmışdır. O bölgədə kimi danışdırsan onun haqqında hər kəs bir söz deyər: “Çox insan adamdır, igid oğuldur!”
Cənab Prezidentin də məhz komandasında görmək istədiyi məmur obrazı bundan ibarətdir. Vətəndaşdan uzaq düşməyən, onun dərdinə şərik olan insan. Odur ki, Arzu müəllim, bütün Tovuz-Gədəbəy camaatı Sizi dəstəkləyir, onların bütün problemlərinin həlli istiqamətində əlinizdən gələn hər şeyi edəcəyinizə dərindən inanır. Qələbə Sizinlə olsun!!!
Şəbnəm Həsənova

Xəbəri paylaş: