Seulun qırıcısı Şimali Koreyanın raketini “vurdu”

15.12.2019 Off By admin

Koreya Respublikasının Hərbi Hava Qüvvələri birmənalı qarşılanmayan reklam çarxı buraxıb. Kadrlardan görünür ki, Cənubi Koreyanın beşinci nəsil “F-35A Lightning II” qırıcısı Şimali Koreyanın qitələrarası raketini və müvafiq “Hwasong-14” buraxılış qurğusunu, eləcə də Rusiyanın özüyeriyən zenit raket-top kompleksi “Pantsir-S1” (rəsmi olaraq KXDR silahında yoxdur) və Sovet zenit-raket kompleksi “Kub”un hibridi olan texnikanı məhv edir.

Dylan Malyasov@DylanMalyasov

ROK Air Forces F-35A stealth fighter striking North Korea’s Hwasong-14 ICBM

Встроенное видео

31 человек(а) говорят об этом

“Defence Blog” portalının məlumatına əsasən, Cənubi Koreyanın “F-35A Lightning II” qırıcıları Şimali Koreyanın hərbi qüvvələrinin qarşısını almaq üçün nəzərdə tutulub.

Həmçinin bildirilir ki, “Hwasong-14” raketi Phenyanın arsenalında ən mükəmməl raketdir. Belə ki, bu raket  10 000 kilometrdən çox uçuş məsafəsinə malik olduğu üçün ABŞ-a hədəflənə bilər.

Xəbəri paylaş: