SOCAR Ukraynada koronavirusla bağlı qoruyucu monitorun istehsalına dəstək verib

SOCAR Ukraynada koronavirusla bağlı qoruyucu monitorun istehsalına dəstək verib

16.04.2020 Off By admin

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada koronavirusa qarşı mübarizə üçün xüsusi yardım aksiyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, SOCAR Ukraynada həkimlər üçün müasir 3D texnologiyalı qoruyucu monitorun istehsalı üçün yerli şirkətə maliyyə yardımı edib. SOCAR Ukraynada koronavirusa qarşı mübarizəyə dair digər biznes təşəbbüslərini dəstəkləyəcək.

Qeyd edək ki, SOCAR bundan öncə Ukraynanın Səhiyyə Nazirliyinə 10 min litr yanacaq hədiyyə edib.

Xatırladaq ki, Ukraynada 4161 insan koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı isə 116 nəfərdir. Ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyev

Xəbəri paylaş: