Strasburqda “Stalinlə ixtilaf xatirələri” kitabının fransızdilli oxucular üçün təqdimatı olacaq

23.01.2020 Off By admin

Yanvarın 29-da Strasburqun “Librairie Kleber” mötəbər kitab mağazasında bu şəhərdə fəaliyyət göstərən və Fransada Azərbaycan ədəbiyyatını təşviq edən nəşriyyat evi “Kəpəz”in çap etdiyi M.Ə.Rəsulzadənin “Stalinlə ixtilaf xatirələri” kitabının təqdimatı keçiriləcək. Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmond təqdimata moderatorluq edəcək. Təqdimat mərasimində Strasburq Universitetinin professoru və kitaba “Ön söz” yazmış Stefan De Tapia və Strasburqun baş ravini, Avropa İnstitutlarının nümayəndəsi Mendel Samama təqdimatda çıxış edəcəklər.

Qeyd edək ki, “Kəpəz” nəşriyyat evinin əsas məqsədi ölkəmizin zəngin mədəniyyətini, ədəbiyyatını, yazıçılarını fransızdilli oxuculara çatdırmaq, onu təşviq etməkdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri paylaş: