“Sürətli və güclü”: Tramp İranın 52 obyektini hədəfə aldı

05.01.2020 Off By admin

Amerika Birləşmiş Ştatları ona məxsus obyektlərə hücum edilərsə İranın 52 hədəfinə “sürətli və güclü” zərbə endirəcək.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rəsmi “Twitter” səhifəsində yazıb.

“Bu, bir xəbərdarlıqdır. İran amerikalılara və ya ABŞ-ın obyektlərinə hücum edərsə, İranın 52 mövqeyini hədəfə alacağıq. Bəzi hədəflər İran və onun mədəniyyəti üçün çox əhəmiyyətli və vacıbdır. Həmin hədəflərə və İrana zərbələr sürətli və güclü şəkildə həyata keçiriləcək. ABŞ artıq heç bir təhdid istəmir”, – deyə Tramp bəyan edib.

O bilidirb ki, İran Süleymaninin qisasını almaqla hədələyir və bu ölkə son illər ərzində artıq bir çox problem yaradıb.

Xəbəri paylaş: