Suriyada üç Türkiyə əsgəri şəhid oldu

17.01.2020 Off By admin

Suriyada yolların mühafizəsini həyata keçirən üç Türkiyə əsgəri şəhid olub.

“Reuters” xəbər verir ki, əsgərlərin xidmət etdiyi nəqliyyat vasitəsinə yerləşdirilən partlayıcı işə düşüb.

Məlumata əsasən, hadisə Türkiyə ilə sərhəddə yerləşən Tel-Abyad şəhərindən 10 kilometr cənub-şərqdə yerləşən Suluk məntəqəsində baş verib.

Qeyd etmək lazımdır ki, həm Tel-Abyad, həm də Suluk hazırda Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Xəbəri paylaş: