Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

21.01.2020 Off By admin

Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun rəhbərliyi və əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, tabe qurumların işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Xəbəri paylaş: