Tarixən təşəkkül tapmış mehriban dostluq!

Tarixən təşəkkül tapmış mehriban dostluq!

17.04.2020 Off By admin

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Tbilisi teleqülləsində Gürcüstan-Azərbaycan dostluğu və həmrəyliyini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı Gürcüstana minnətdarlığını bildirib.

Hakimiyyet.com bildirir ki, paylaşımda deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Birinci vitse-prezident Mehriban Əliyeva: Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm!

Xəbəri paylaş:

× Onlayn yaz