Toyota Çindəki zavodlarında istehsalı bərpa edə bilmədi

09.02.2020 Off By admin

Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor, Çində olan bütün zavodları 16 Fevral tarixinə qədər bağlı saxlayacağını açıqlayıb. Toyota-nın Çində 12 avtomobil və avtomobil hissələri zavodu var.

Milli.Az-a istinadən bildirir ki, Toyota ilk açıqlamasında Çində zavodların 9 Fevraladək bağlı olacağını açıqlamışdı. Zavodlar koronavirus epidemiyasına görə bağlanıb.

Dünən, Fiat Chrysler, Çindən ehtiyat hissələri tədarükündə çətinliyin davam etməsi halında Avropadakı zavodlarını 2-4 həftə üçün bağlaya biləcəyini açıqlamışdı.

Hyundai də ehtiyat hissələri tədarükündə çətinlik səbəbilə Cənubi Koreyadakı istehsalını dayandırmışdı.

Xəbəri paylaş: