Tramp prezident seçkilərində gələcək rəqibini “qısaboy” adlandırıb

03.02.2020 Off By admin

ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində namizədliyini irəli sürmək istəyən NyuYorkun keçmiş meri və iş adamı Maykl Blumberqin çox qısaboy” adam olduğunu deyib.

APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Amerikalı liderin sözlərinə görə, Blumberq qarşılıqlı debat zamanı ayaqlarının altına qoyması üçün qutuya ehtiyac duyur.

“Hər şey normaldır. Bunda səhv bir şey yoxdur. Siz də qısa ola bilərsiniz”, – Tramp belə deyib.

Tramp, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində Blumberqlə böyük məmnuniyyətlə rəqabət aparmaq istədiyini də əlavə edib.

Xəbəri paylaş: