Türkiyədə son sutkada koronavirusdan 71 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 71 nəfər ölüb

17.10.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 131 şübhəli koronavirus testindən keçib, onlardan 1723-nün cavabı pozitiv çıxıb, 1401 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1428 nəfər olub.

Türkiyədə ümumilikdə 345 678 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9224 nəfər ölüb.

Xəbəri paylaş: