Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər

31.12.2019 Off By admin

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30-cu ili tamam olur.

“Report” xəbər verir ki, Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibəti ilə təbrik ediblər.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Parlamentinin CHP-çi deputatı Nihat Yeşil, Türkiyə parlamentinin deputatı, İYİ partiyanın sözçüsü Yavuz Ağıralioğlu, Türkiyə parlamentinin CHP-çi deputatı Ali Haydar Hakverdi videogörüntülü şəkildə Azərbaycana təbriklərini ünvanlayıblar. Onların təbriklərini təqdim edirik.

Xəbəri paylaş: