UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu

19.12.2019 Off By admin

“UFC 24” turnirində Kamaru Usmanla döyüşdən sonra qarışıq döyüş sənətləri (MMA) üzrə amerikalı döyüşçü Kolbi Kovinqtonun sınan çənəsinin rentgen fotosu sosial şəbəkə istifadəçilərini qorxudub.

Fotonu “The Sun” yayımlayıb.

Kovinqton mübarizənin son iki raundunu sınmış çənə ilə keçirib. Beşinci raundda hakim mübarizəni dayandırıb və texniki nokautla qələbəni Usmana verib.

Rentgen şəklində amerikalının üzünün sol tərəfində böyük bir çat görmək mümkündür.

Fotodakı çatlar pərəstişkarları təəccübləndirib. “Sadəcə dəhşətli görüntüdür”, “Deyəsən, çənəsini üç yerdən qırıb”, “Usman, əlbəttə ki, onun çənəsini qəddarcasına sındırıb”, – deyə istifadəçilər yazıb.

Amerikalının bütün karyerası boyu keçirdiyi 17 döyüşdən 15 qələbə və iki məğlubiyyəti var.

 

Xəbəri paylaş: