ÜST: Dünyada koronavirusa yoluxanların sayı 76 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 76 mindən çox artıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 16-sı saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 991 562 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 76 min nəfərdən çox yeni koronavirusa yoluxub, 7 875 insan isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 991 562 nəfərə, ölənlərin isə 130 885 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 013 093 yoluxma və 89 317 ölüm halı. Avropa regionunda sutka ərzində 35 497 yoluxma halı, 4 710 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 707 121 nəfərə, ölənlərin sayı isə 30 245 nəfərə çatıb.

Xəbəri paylaş: