Vəkillər üçün ilk dəfə mediasiya üzrə təlim keçirilib

31.01.2020 Off By admin

Avropa İttifaqı və Azərbaycan Respublikasının “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihəsi çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində 30-dan artıq vəkilin iştirakı ilə mediasiya üzrə təlim keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə “Mediasiya haqqında” qanun ötən il martın 29-da qəbul olunub və qanuna əsasən məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu müddəalara əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq.

Mediasiya prosesində, mediatorların hazırlanmasında vəkilliyin rolunu nəzərə alaraq ölkəmizin tarixində ilk dəfə olaraq bu sahədə tədris məhz vəkillər üçün keçirilməyə başlanılıb. Təlim beynəlxalq ekspert Adi Gavriladan və baş ekspert, Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyev tərəfindən keçirilib.

Xəbəri paylaş: