Vətən müharibəsində iki gözünü itirən qəhrəman qazi: Şəhid olmaq istəyirdim

Vətən müharibəsində iki gözünü itirən qəhrəman qazi: Şəhid olmaq istəyirdim

30.11.2020 Выкл. Автор admin

Cəlilabad şəhər sakini, qazi İsmayıl Hüseynov Vətən müharibəsi başlayanda döyüşlərə könüllü gedib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. İsmayıl Hüseynov Qubadlının azad olunması istiqamətində gedən döyüşlərdə də vuruşub. General-mayor Mayis Bərxudarov da həmin əsgərlərlə çiyin-çiyinə döyüşüb. Qubadlıdan çıxışa doğru gedən döyüşlər zamanı düşmən minaatanlarla hücuma keçib. Həmin hücumda İsmayıl Hüseynov ağır yaralanaraq, gözlərini itirib. Komaya düşən döyüşçü bütün çətinliklərə baxmayaraq həyatda qalmağı bacarıb. Qazi İsmayıl Hüseynov qəhrəmanlıqları barədə AZƏRTAC-a danışıb.