“Vikipediya”da Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü haqqında məqalə yaradılıb

12.02.2020 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə bu günün tarixi və məqsədi haqqında maraqlı məlumatlar yer alıb. Bildirilib ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib. Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxardır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmdə iştirakını gücləndirməyin vacibliyini xatırladır.

Xəbəri paylaş: