Virtual səyahət Tovuz rayonu ilə bağlı videoçarxla davam edir

Virtual səyahət Tovuz rayonu ilə bağlı videoçarxla davam edir

16.04.2020 Off By admin

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı kimi “Vətənimizə virtual səyahət” layihəsini həyata keçirir. Bu günədək Quba, Bərdə, Xızı, Ucar, Daşkəsən, Samux, Göyçay, Qax rayonlarına və Gəncə şəhərinə virtual səyahətlər təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti səyahət Tovuz rayonunadır.

Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri , “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri və Böyük İpək Yolu keçir.

Videoçarxda Tovuz haqqında ümumi məlumat verilib, izləyicilərə rayonun əsrarəngiz təbiəti, möhtəşəm muzeyləri, ziyarətgahları, müasir binaları və parkları ilə bağlı fotolar təqdim olunub.

Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da yemək növlərinin şəkilləri yerləşdirilib.

Videoçarx Bəyim Ağazadənin “Tovuzum mənim” mahnısı ilə müşayiət olunur.

Hazırlanmış videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında izləmək mümkündür.

Xəbəri paylaş: