Voleybol millimiz beynəlxalq reytinqdə mövqeyini qoruyub

Voleybol millimiz beynəlxalq reytinqdə mövqeyini qoruyub

14.07.2020

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC BVF-yə istinadla xəbər verir ki, hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.

Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.

Xəbəri paylaş: