Xəzər Universitetində “Elm şənliyi” sərgisi açılıb

03.01.2020 Off By admin

Xəzər Universitetinin Sumqayıt Dünya Məktəbində “Elm şənliyi” sərgisi açılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən Xəzər Universitetinin və Dünya Məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı tədbirin əhəmiyyətini vurğulayıb.

Sərgidə “Robotların yarışı”, “Kimya həyatımızdır”, “Dünyanın fizikləri”, “Biologiya insanların həyatında”, “Vulkanlı dünyamız”, “Ədəbi irsimizdən”, “Tarixə səyahət”, “Dünyanın işləmə mexanizmi” və s. mövzulara həsr olunmuş guşələr iştirakçıların marağına səbəb olub.

Tədbirdə sərgilənən milli geyimlər, həmçinin məktəbdə əlavə olaraq tədris edilən Çin və Koreya dilləri guşəsi, Qarabağ mədəniyyətinə həsr olunmuş “Şuşa qalası”, “Bərdə türbəsi” maketləri də maraqla qarşılanıb.

Xəbəri paylaş: