“Xalqımız Ali Baş Komandanın bütün addımları düşünülmüş, əminliklə atdığını bilir”

“Xalqımız Ali Baş Komandanın bütün addımları düşünülmüş, əminliklə atdığını bilir”

18.10.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycan Ordusu özünün zəfərlərini davam etdirir. Ermənilər oktyabrın 10-da əldə olunmuş humanitar atəşkəsə əməl etməyəndən sonra başlarına gələnləri gördülər. Azərcaycan Ordusu ermənilərin istənilən həmləsinin qarşısını aldı, bir sıra yaşayış məntəqələrimiz işğaldan azad edildi. Buna görə də ermənilərin yenidən yalvarışları başladı, atəşkəs istədilər”. Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verməklə bir daha sülh istədiyini, atəşkəs prosesinə sadiq olduğunu göstərdi: “Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiya meydanında da uğurlara imza atır. Bizim inamımız və əminliyimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi ilə hər iki cəbhədə qələbələrimiz bir-birini əvəzləyəcək”.

Millət vəkili bildirib ki,  Azərbaycan üçün torpaqların işğaldan azad olunması, vətəndaşların təhlükəsiz yaşaması prinsipi dəyişməzdir: “ Ermənilər Gəncə, Mingəçevir, Tərtər, Bərdə və digər rayonlarda, şəhərlərdə mülki əhalini atəşə tutur, hədəf alırlar. Çünki ordumuzla üz-üzə gəlməkdə acizdirlər. Xalqımız əzimlidir, Ali Baş Komandana inanır, onun hər bir qərarını dəstəkləyir, onun bütün addımları düşünülmüş, əminliklə atdığını bilir”.

Deputat deyib ki, Azərbaycan beynəlxalq aləmə işğala sülh yolu ilə son qoyulmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirir: “Ali Baş Komandanın da qeyd etdiyi kimi, biz işğal altındakı torpaqlarımızı istənilən yolla alacağıq”.

Xəbəri paylaş: