Yanacaqdoldurma məntəqəsinin qadın işçisi oğrunu şvabra ilə qovdu

18.12.2019 Off By admin

Novosibirsk vilayətinin Ob şəhərində yanacaqdoldurma məntəqəsinin qadın işçisi oğru ilə mübarizəyə girərək onu şvabra ilə qovub.

“Lenta.ru” xəbər verir ki, hadisəni nəzarət kameraları lentə alıb.

Kadrlardan göründüyü kimi, oğru dükana girərək mühafizəçinin gözünə qaz balonunu püskürüb.

Daha sonra o həmin hərəkəti məntəqənin qadın işçisinə qarşı da edib. Lakin mühafizəçidən fərqli olaraq qadın oğruya müqavimət göstərib. Şvabra ilə döyülməyə tab gətirməyən kişi əlinə keçən pul ilə qaçmağa məcbur olub.

7 min rubl (190 manat) aparan oğrunu federal axtarışa veriblər.

Xəbəri paylaş: