Yaqut Qarayeva: koronavirusu ağır keçirənlərin yataqla təminatında problemlər yarana bilər

Yaqut Qarayeva: koronavirusu ağır keçirənlərin yataqla təminatında problemlər yarana bilər

19.11.2020 Off By admin

Ölkəmizdə koronavirusa yoluxanların sayı çox olsa da, sağalanların da sayı az deyil. Lakin sağalanlarla yeni yoluxanların fərqinə xüsusi diqqət yetirmək lazımdır. Çünki onların arasında xəstəliyi ağır keçirənlərin hospitalizasiyaya ehtiyacı olur. Belə artım və fərq davam edərsə, gələcəkdə həmin xəstələrin yataqla təminatında problemlər yarana bilər.

Hakimiyyet.com xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

Y.Qarayeva bildirib ki, xəstəliyə yoluxma hallarının müəyyənləşdirilməsinə başlanılan zaman maksimum 5 min test aparmaq mümkün idi. Lakin görülən tədbirlər, ölkəyə gətirilən xüsusi cihazlar nəticəsində testlərin sayı artırılıb: “Cihazların çoxu Bakıda deyil, regionlarda quraşdırılıb. Hazırda bütün regionlarda xaricdən gətirilmiş yüksəksəviyyəli cihazlar vasitəsilə koronavirusun təyinolunması testlərini apara bilirik. Ölkə üzrə sutkada 13 mindən çox test həyata keçirmək mümkündür”.

Onun sözlərinə görə, koronavirusdan həyatını itirənlərin sayı əvvəllər 10-a qədər olurdusa, hazırda həmin rəqəm 25-dək artıb. Bu da çox narahatlıq doğurur və tədbirlərin görülməsinin vaxtının çatdığını göstərir.

Mehriban İsmayılzadə

Xəbəri paylaş: