Yeddi qolun vurulduğu matçda PSJ qalib gəlib

24.02.2020 Off By admin

Fransa Liqa1-də XXVI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, lider PSJ turun ən çox maraq doğuran oyunlarından birində “Bordo”nu qəbul edib.

Əvvəlki günlərindən uzaq olan və çempionatda heç bir iddiası qalmayan “Bordo” paytaxt Parisdə güclü rəqibi ilə bacarmayıb. Qonaqlar hesabı açsalar da, bolqollu keçən matçda PSJ aktivinə 3 xal yazdırıb.

“Reyms” “Sent-Etyen” səfərində məğlubiyyətdən son dəqiqələrdə qurtulub. Ancaq David Quyonun komandası Avropa Liqasına vəsiqə yolunda önəmli 2 xal itirib.

“Renn” isə “Nim” üzərində əzmkar qələbə qazanaraq, 3-cü pillədəki mövqeyini qoruyub.

Fransa Liqa1
XXVI tur
23 fevral
“Sent-Etyenn” – “Reyms” – 1:1

Buanqa, 73 – Dia, 90+3 (pen.)
“Renn” – “Nim” – 2:1
Nianq, 7, 89 – Rouks, 1
PSJ – “Bordo” – 4:3
Kavani, 25; Markinyoş, 45+1, 63; Mbappe, 69 – Huanq, 18; Pablo, 45+5; Pardo, 83

1  PSJ 26 21 2 3 71-24 65
2  Marsel 26 15 7 4 36-25 52
3  Renn 26 13 5 8 31-24 44
4  Lill 26 13 4 9 33-27 43
5  Monako 26 11 6 9 42-41 39
6  Strasburq 26 11 5 10 32-29 38
7  Lion 26 10 7 9 40-26 37
8  Reyms 26 9 10 7 24-20 37
9  Monpelye 26 10 7 9 32-29 37
10  Nitsa 26 10 7 9 38-36 37
11  Nant 26 11 4 11 28-28 37
12  Bordo 26 9 8 9 38-32 35
13  Brest 26 8 10 8 34-35 34
14  Anje 26 9 6 11 25-33 33
15  Sent-Etyenn 26 8 5 13 28-42 29
16  Metz 26 6 10 10 24-34 28
17  Dijon 26 6 9 11 25-32 27
18  Nim 26 7 6 13 26-39 27
19  Amyen 26 4 10 12 29-47 22
20  Tuluza 26 3 4 19 21-54 13

 

Xəbəri paylaş: