Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib

14.01.2020 Off By admin

Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Forumopera portalı məlumat yayıb.

Bildirilir ki, Y.Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballının açılışında birlikdə səhnəyə çıxmalı idi. Lakin həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib və nəticədə təşkilatçılar Y.Eyvazovun lehinə seçim ediblər.

Qeyd edək ki, Drezden Opera Ballı ilk dəfə 1925-ci ildə keçirilib və II Dünya müharibəsinin başlamasına qədər səkkiz dəfə baş tutub. 2006-cı ildə Drezdenin qurulmasının 800 illik yubileyi münasibətilə ənənə davam etdirilib. Bu vaxtdan etibarən Ball hər il təşkil olunur.

Xəbəri paylaş: