Zərdab Rayon Icra Hakimiyyəti başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyəti

Zərdab Rayon Icra Hakimiyyəti başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyəti

25.07.2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya 
Zərdab rayonu Gödəkqobu kənd sakinləri tərəfindən
                                       Ş İ K A Y Ə T  Ə R İ Z Ə S İ

Biz bu şikayət ərizəsini  aşağıda imza edənlər Zərdab Rayonu Gödəkqobu kənd sakinləri Zərdab Rayon Icra başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyətinə və üzləşdiyimiz qanunsuzluqlara görə intihar həddinə çatmışıq, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək məcburiyyətində qalmışıq.
Belə ki, bizim şikayətlərimizə baxılmır, bunun üçün üzləşdiyimiz problemlərə görə əziyyət çəkirik, dövlət büdcəsinə küllü miqdarda ziyanlar dəyir. Zərdab Rayon İcra Hakmiyyəti başçısı  vəzifəsinə yeni təyin olunduğu vaxtlarda  Mərdan Camalzadə bizi qəbul edib uzağı 10 gün  müddətində araşdırıb problemi həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. Çünki Mərdan Camalzadəni ancaq öz maraqları düşündürür. Bu adam heç vaxt vətəndaşların problemin həll etməyib. Şirvan şəhərində necə, Zərdab rayonunda da elə yaritmaz fəaliyyəti ilə insanların nifrətin qazanıb.

Zərdab rayonu Gödəkqobu kəndində hörüş torpaqları bir qrup işbazlar tərəfindən zəbt edilib, qanunsuz əkilib, bələdiyyəyə məxsus torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri əsasında uzun müddətli icarə adı ilə tutulub.

Özümüzə məxsus əkin sahələrimizi sulaya bilmirik. Çünki kənd sakinlərinə ayrılan su kənddə zəbt olunmuş 3 böyük təbii gölə verilir. Hansı ki, həmin göllərin saxta sənədlərlə icarəyə verilməsi subut olunub. Həmin təbii göllərin saxta icarə müqavilələri ilə zəbt edilməsi barədə aidiyyatı qurumlara, o cümlədən də İcra başçısı Mərdan Camalzadəyə ərizələrlə müraciətlər etmişik.
Ancaq heç bir araşdırma aparılmır, tədbir görülməyib. Gödəkqobu kənd Su Asossaiyasının müdiri Əlif Paşayev kəndə ayrılan suyu əmisi oğlu Şahin Paşayevin zəbt etdiyi 10 hektar ərazini əhatə edən təbii gölə verir. Şahin Paşayev həmin göldə yetişdirdiyi balıqları quş zığı ilə qidalandırıb əhaliyə satır. Bu isə insan orqanizmi üçün ciddi təhlükə yaradır

Şahin Paşayev adlı işbaz təbi gölün üzərində qanunsuz olaraq mişar daşından böyük imarət inşa etdirib. Şahin Paşayev adlı işbaz baramaçılığın inkişafı üçün salınmış 3 hektar tut bağını qanunsuz olaraq kəsdirib, yerində meyvə ağacları əkmişdir.
Gödəkqobu kəndində yerləşən 17 hektar ərazini əhatə edən təbii gölün biri isə İcra başçısının Səməd adlı köməkçisi tərəfindən zəbt edilib. Həmin gölə nəzarəti Pərviz Həmidov adlı kənd sakininə tapşırıb. Gödəkqobuda yerləşən 3 böyük təbii göldən hər il tonlarla balıq əldə edilib satılır. Əldə olunan gəlirdən dövlətə vergi yox, İcra başçısı Mərdan Camalzadəyə haqq verilir.
Kənd sakinlərinə su zülmü yaşadan İcra başçısı Mərdan Camalzadə və Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev sanki Zərdab rayonu Gödəkqobu kənd sakinlərinə qənim kəsiliblər.
Mərdan Camalzadə Zərdaba İcra Başçısı təyin olunandan bir neçə gün sonra iclas keçirdi, kənd sakinlərini qəbul etdi komissiya yaradılmasına tapşırıq verdi. Guya məqsədi kəndlərdə zəbt edilmiş qanunsuz əkilmiş hörüş torpaqlarını azad edib sakinlərin istifadəsinə qaytaracaq.Ancaq sonradan işbazların gücü və Mərdan Camalzadənin iştahı zəhmətkeş insanlara qalıb gəldi. Mərdan Camalzadənin yaratdığı komissiya formal xarakterli işlər görür. Kənddə gəlib boş-boşuna iclas keçirib şəkil çəkdirib getdilər. Ancaq heç bir problem həll edilmədi, necə deyərlər “köhnə hamam, köhnə tas”. Həmin komissiyanın üzvləri İcra hakimiyətində şöbə müdiri Ramiz Məmmədov, YAP-ın Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və “Aqrolizinq” ASC-nin  Zərdab rayon şöbəsinin müdiri Namiz Rüstəmovdur.
Gödəkqobu kəndinin 3000 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Suyun olmaması, hörüş torpaqlarının zəbt edilərək əkilməsi, 3 böyük təbii gölün saxta sənədlərlə tutulması kənd əhalisin dilənçi günündə yaşamasına səbəb olub.Kənd bələdiyyəsi Kapitay İxtiyarov uzun müddətdir ki, bu vəzifəni tutub atasının əmlakı kimi idarə edir. Zərdab sakinləri sevindilər ki, Lütvəli Babayev getdi, işləyən birisi gəldi. Ancaq belə olmadı. Mərdan Camalzadə öz fəaliyyətsizliyi, korrupsiya əməlləri ilə Lütvəli Babayevin ölənlərinə rəhmət oxutdurur.
Hörmətli Prezident !
Hörmətli Mehriban xanım !
Sizdən çox -çox xahiş edirik şikayət ərizəmizdə yazdığımız faktları yerində bizim iştirakımızla obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz.
Zərdab rayonu Gödəkqobu kənd sakinləri adından :
Əzizov Abduləli Namizəd oğlu AZE 15848976                                         Əlaqə telefonu; 050 623-98-99
Əhədov Abdulhəmid Abduləhəd oğlu AZE 16574957                              Əlaqə telefonu; 050 513-30-52
Əhədzadə Ramin Abdulhəmid oğlu AZE 16574467
Rüstəmov Müslət Məhəmməd oğlu AZE 08585234
Dadaşov Daşqın Tapdıq oğlu AZE 08585539
Nemanov Əfqan Məhəmməd oğlu AZE 13715368
Eyvazov Nuru Sərdar oğlu AZE 09454973
Musayev Ruslan Əkbər oğlu AZE 07070937
Aslanov Məzahir Məhəmməd oğlu AZE 15711558
İbadov Elməddin Əhməd oğlu AZE 0576319
Seydov Faxrəddin Seyd oğlu AZE 16575010
Zahidov Sehran Zahid oğlu AZE 17350135
Əhmədxanzadə Fuad Mehman oğlu AZE 0583227
Rüstəmov Xəyal Eldar oğlu AZE 17484205
Cavadov Mətləb Pənah AZE 1137018
Cəlilov Seyfəddin Yunus oğlu AZE 0737598
İsmiyev Temur Qasan oğlu AZE 15712151
Bozayev Rəşad  İsrafil oğlu AZE 15711829
Məmmədov Famil Qabil oğlu AZE 15848976
Məmmədov Oktay Qabil oğlu AZE 16578120
Eminov Eşqin İsrafil oğlu AZE 08587701
Ağaməmmədov Şahin Şıxlı oğlu AZE 17350091
Ağaməmmədov Şıxəli Şəxlı oğlu AZE 15847532
 Zahidov Pəviz Fərrux oğlu AZE 15711724
 Cavadov Nicat Mətləb oğlu AZE 15711561
 Əhədov Elçin Ata oğlu AZE 16541024
 İsayev Vurğun Yaqub oğlu AZE 13713360
Cəlilov Bilal Səməd oğlu AZE 07071114
 İsayev Rza Yaqub oğlu AZE 15710562
 Cəlilov Fərid Nəbi oğlu AZE 17376549
 Əliyev Asif Ağasəf oğlu AZE 13438825
 Nemanov Xələf Məhəmməd oğlu AZE 
 Əhədov Xaləddin Ələmdar oğlu AZE 15710235
 Davudov Qüdrət Həmzət oğlu AZE 
 Soltanov Aslan Əhməd oğlu AZE 07856580
 İsayev Rəsul Yaqub oğlu AZE 12430839
“Hakimiyyət.com”

Xəbəri paylaş: