“Zirə” paraqvaylı futbolçu ilə yollarını ayırıb

30.01.2020 Off By admin

Paytaxtın “Zirə” futbol klubu daha bir legionerlə yolları ayırıb.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı paraqvaylı hücumçu Xulio Sezar Rodriqes ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin yanvarından “Zirə”də çıxış edən futbolçu cari mövsümdə 14 oyunda 6 dəfə fərqlənib.

“Zirə” qış fasiləsində haitili Soni Norde və malavili Robin Nqalande ilə də yolları ayırıb.

Xəbəri paylaş: